Serj Sarqsyanla üzləşdirilən keçmiş nazir ölüb

Serj Sarqsyanla üzləşdirilən keçmiş nazir ölüb Ermənistanın keçmiş kənd təsərrüfatı naziri Serqo Karapetyan koronavirusdan ölüb
Region
18 Fevral , 2021 10:58
Serj Sarqsyanla üzləşdirilən keçmiş nazir ölüb
Serqo Karapetyan

Ermənistanın keçmiş kənd təsərrüfatı naziri Serqo Karapetyan koronavirusdan ölüb.

“Report” xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.

O, Yerevandakı tibb müəssisələrindən birində müalicə olunurmuş. Son günlər sabiq nazirin səhhəti pisləşib. Həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, Serqo Karapetyan 2010-2016-cı illərdə Ermənistan kənd təsərrüfatı naziri olub.

O, Ermənistanda “dizel işi”ndə ittiham olunurdu. Bu cinayət işində Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın da adı hallanır. 2019-cu ilin dekabrında məhkəmədə onlar üzləşdiriliblər.

Son xəbərlər

Orphus sistemi