Sinoptiklər Türkiyənin zəlzələ bölgəsinə qar və yağış yağacağını proqnozlaşdırırlar

Sinoptiklər Türkiyənin zəlzələ bölgəsinə qar və yağış yağacağını proqnozlaşdırırlar Sinoptiklər Türkiyədə zəlzələnin baş verdiyi ərazilərə qar və yağış yağacağını proqnozlaşdırırlar.
Region
7 Fevral , 2023 09:44
Sinoptiklər Türkiyənin zəlzələ bölgəsinə qar və yağış yağacağını proqnozlaşdırırlar

Sinoptiklər Türkiyədə zəlzələnin baş verdiyi ərazilərə qar və yağış yağacağını proqnozlaşdırırlar.

"Report" xəbər verir ki, bu barədə "TRT Haber" telekanalı məlumat yayıb.

Ekspertlərin fikrincə, bu, təbii fəlakətdən sonra aparılan axtarış-xilasetmə işlərini xeyli çətinləşdirəcək.

Xatırladaq ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7,7 maqnitudalı zəlzələ baş verib.

Nəticədə 2 921 nəfər ölüb, 15 834 nəfər yaralanıb.

Prezident Rəcəb Tayyib Ərdoğan bunun 1939-cu ildən sonra Türkiyə ərazisində baş verən ən güclü zəlzələ olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi