Şəxsiyyəti müəyyənləşdirilməmiş silahlılar ötən gecə Somalinin cənubunda məscidə hücum ediblər.
“Report” TASS-a istinadən xəbər verir ki, hadisə Aşağı Şebelle regionunun Afqoye rayonunda baş verib. Məscidə daxil olan silahlılar orada olan şəxsləri atəşə tutublar. Hücum nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
Hücumun səbəbi məlum deyil. Bu rayon son zamanlar tez-tez “Əş-Şəbab” qruplaşmasının hücumlarına məruz qalır. Ordu və təhlükəsizlik qüvvələri məscidin ətrafında axtarışa başlayıb.