Son iki sutkada Gürcüstana 21 mindən çox Rusiya vətəndaşı səfər edib.
“Report” xəbər verir ki, bunu Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri brifinqdə bildirib.
Onun sözlərinə görə, qismən səfərbərlik elan edildikdən sonrakı günlərdə Rusiyadan Gürcüstana 5-6 min nəfər səfər edib, son iki gündə isə onların sayı 40-45 faiz artıb.
Nazir bildirib ki, bəziləri Rusiya ilə sərhədləri bağlamağı, bəziləri isə əksinə, ukraynalılara qarşı döyüşməmək üçün onları Gürcüstana buraxmağı məsləhət görürlər.
Qomelauri əlavə edib ki, onların çoxu “Yuxarı Lars” Nəzarət-Keçid məntəqəsindən keçməyə çalışır.
Nazir Azərbaycan və Ermənistandan Gürcüstana səfər edənlərin sayının az olduğunu vurğulayıb.