​​​​​​​Son illərdə Azərbaycan və Gürcüstan vətəndaşları arasında bağlanan nikahların sayı məlum olub

​​​​​​​Son illərdə Azərbaycan və Gürcüstan vətəndaşları arasında bağlanan nikahların sayı məlum olub 2018-2021-ci illərdə 836 nəfər Azərbaycan vətəndaşı Gürcüstan vətəndaşı ilə rəsmi nikaha daxil olub.
Region
28 Mart , 2022 13:31
​​​​​​​Son illərdə Azərbaycan və Gürcüstan vətəndaşları arasında bağlanan nikahların sayı məlum olub

2018-2021-ci illərdə 836 nəfər Azərbaycan vətəndaşı Gürcüstan vətəndaşı ilə rəsmi nikaha daxil olub.

Bu barədə “Report”un yerli bürosunun sorğusuna cavab olaraq Gürcüstan Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin İnkişafı Agentliyindən bildirilib.

Məlumata əsasən, onların 361-i kişi, 475-i isə qadındır.

Bu ilin fevralın 14-nə olan göstəricilərə görə, son 4 ildə Azərbaycan və Gürcüstan vətəndaşları arasında ən çox nikah aktı 327 olmaqla 2021-ci, ən az nikah isə 142 olmaqla 2020-ci ildə rəsmiləşdirilib.

Hesabat dövründə 151 nəfər Azərbaycan vətəndaşı olan qadın nikahını Gürcüstanda bağlayıb. Qonşu ölkədə nikahını rəsmiləşdirən əcnəbi qadınların ilk onluğunda Azərbaycan VIII yeri tutub. Azərbaycan vətəndaşları olan kişilərin nikahına gəlincə, onların sayı ilk 10-luğa daxil olmayıb.

Son xəbərlər

Orphus sistemi