“Ukrayna son üç gün ərzində cəbhənin müxtəlif istiqamətlərində çoxdan vəd etdiyi hücuma başlamağa cəhd etsə də, heç bir istiqamətdə uğur qazana bilməyib və xeyli itki verib”.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.
“Ukrayna iyunun 4-ü 300 hərbçi, 16 tank, 26 zirehli döyüş maşını və 14 avtomobil itirib”, - o bildirib.
Şoyqunun sözlərinə görə, iyunun 5-də Ukrayna tərəfi 5 briqada ilə 7 istiqamətdə hücuma cəhd edib. “Hücumun qarşısı alınıb. Qarşı tərəf 1600-dən çox hərbi qulluqçu, 28 tank, o cümlədən 8 Leopard və 3 AMX-10 təkərli tankı, 136 digər hərbi texnika, o cümlədən 79 xarici hərbi texnika itirib”, - nazir vurğulayıb.
Şoyqunun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri son üç gün ərzində bütün istiqamətlərdə 3715 hərbçi və 52 tank itirib.