Gürcüstan parlamentinin sədri Arçil Talakvadze ölkənin azərbaycanlı vətəndaşlarını Novruz bayramı münasibətilə təbrik edib.
“Report”un yerli bürosu xəbər verir ki, o, bayramı qeyd edənlərə cansağlığı, firavanlıq və uğurlar diləyib.
“Parlamentin adından azərbaycanlı vətəndaşlarımızı Novruz bayramı münasibətilə təbrik edirəm. Bizi bir vətən və çoxəsrlik birgəyaşayış tarixi birləşdirir. Bahar, ümid və yenilənmə bayramınız mübarək!”, - təbrikdə deyilir.