Belarusun ilk baş naziri Vyaçeslav Kebiç 85 yaşında Minskdə vəfat edib.
“Report” xəbər verir ki, məlumatı “Sputnik Belarus” yayıb.
O, 1991-ci il dekabrın 8-də Belarusun o vaxtkı prezidenti Stanislav Şuşkeviçlə birlikdə SSRİ-nin süqutu ilə bağlı Belovejsk razılaşmasını imzalayıb.
1994-cü ildə Belarusda keçirilən prezident seçkisində Aleksandr Lukaşenkonun rəqibi olub. Onda Lukaşenko 44,82 faiz, Kebiç isə 17,33 faiz, ikinci turda o, 14,1 faiz, rəqibi isə 80,34 faiz səs toplamışdı.
Qeyd edək ki, Belovejsk müqaviləsini 1991-ci il dekabrın 8-də Rusiya Federasiyası adından ölkə prezidenti Boris Yeltsin və Gennadi Burbulis, Ukrayna prezidenti Leonid Kravçukla Vitold Fokin, Belarus prezidenti Stanislav Şuşkeviçlə Kebiç imzalayıblar. Sənədə əsasən, SSRİ-nin təsisçisi sayılan bu üç dövlət onun süqutunu təsdiqləyib, yeni qurumun - Müstəqil Dövlətlər Birliyinin yaranmasını razılaşdırıblar.