"Mayın 14-də, seçkilər günü terror təşkilatlarına Türkiyədə xaos yaratmaq göstərişi verilmişdi".
“Report” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu “TGRT Haber”ə müsahibəsində deyib.
Onun sözlərinə görə, Afinadakı Lavrion düşərgəsindən bununla bağlı təlimat verilmişdi: “Amma Türkiyə çox konkret mövqe ortaya qoydu. Nəticədə səs verib-verməməsindən asılı olmayaraq, hər kəs seçkilər gününü demokratya festivalına çevirdi”.
Qeyd edək ki, Lavrion düşərgəsi son illər tamamilə PKK terror təşkilatının nəzarətinə keçib. Terrorçular müntəzəm olaraq orada təlim keçirlər.