Türkiyə ərazisi Suriyadan yenidən raket atəşinə tutulub - YENİLƏNİB-2

Türkiyə ərazisi Suriyadan yenidən raket atəşinə tutulub - YENİLƏNİB-2 PKK/YPG terror qruplaşması Suriyanın şimalından Türkiyənin Qaziantep şəhərinin Karkamış rayonuna 5 raket atıb.
Region
21 Noyabr , 2022 16:25
Türkiyə ərazisi Suriyadan yenidən raket atəşinə tutulub  - YENİLƏNİB-2

Suriyanın şimalından Türkiyə ərazisi yenidən atəşə tutulub. 

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkənin Kilis şəhərinə 3 raket düşüb.

Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb. 

13:48

“Terrorçuların Qaziantepə hücumu nəticəsində 1 uşaq və 1 müəllim hadisə yerində həlak olub”.

“Report” xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, yaralılardan biri xəstəxanada dünyasını dəyişib: “Yaralılarımızın müalicəsi isə davam edir".

Nazir söyləyib ki, raket mərmiləri məktəb ərazisinə də düşüb.

S.Soylu qeyd edib ki, Türkiyə Silahlı Qüvvələri xain hücuma sərt cavab verəcək.

13:14

PKK/YPG terror qruplaşması Suriyanın şimalından Türkiyənin Qaziantep şəhərinin Karkamış rayonuna 5 raket atıb.

“Report” “Habertürk”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər həlak olub, 6 nəfər yaralanıb.

Əraziyə təcili tibbi yardım maşınları və xilasedicilər cəlb olunub.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri noyabrın 20-də Suriya və İraqın şimalında yeni anti-terror əməliyyatına başlayıb.

Son xəbərlər

Orphus sistemi