Türkiyə Ordusunun xüsusi təyinatlı qüvvələri Suriyanın şimal-şərqində PKK terrorçularının Suriya qanadı YPG-nin beş silahlısını zərərsizləşdirib.
“Report”un məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin tvitterdəki səhifəsində yerləşdirilmiş xəbərdə bildirilir.
Qeyd edilir ki, terrorçular "Barış pınarı" əməliyyatının keçirilməsi zonasına hücuma cəhd ediblər və vaxtında aşkarlanaraq zərərsizləşdiriliblər.
Verilmiş koordinatlar üzrə artilleriya zərbələri endirilib.