Tacikistanın şərqində baş verən qar uçqunu nəticəsində 15 nəfər ölüb, 12 nəfər xəsarət alıb.
"Report" “Sputnik Tacikistan”a istinadən xəbər verir ki, hadisə nəticəsində 4 yaşayış binası tamamilə, 35-i isə qismən dağılıb, daha 5 təsərrüfat obyektinə ziyan dəyib.
Hazırda dəymiş zərərin məbləği hesablanır.
Məlumata görə, uçqun təhlükəsi fevralın 19-dək davam edəcək.