Qırğızıstan-Tacikistan sərhədində atışma olub.
“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Tacikistanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin Sərhəd Qoşunlarının mətbuat mərkəzi yayıb.
Məlumata görə, iyulun 8-də Qırğızıstanın 4 sərhədçisi Tacikistanın Soqdi vilayətinə keçib. Onlar mülki geyimdə olublar. Sərhədçilər həmin ərazidən 9 baş atı Qırğızıstana keçirmək istəyiblər.
Tacikistan sərhədçilərinin onları atəşə tutması nəticəsində iki qırğız sərhədçi yaralanıb.
Hadisə yerinə hər iki ölkənin vəzifəli şəxsləri gəlib.