Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hərəkatı ölkənin Moskvadakı səfirliyinə daha bir diplomat göndərəcək.
“Report” xəbər verir ki, bu barədə TASS mənbələrinə istinadən məlumat yayıb.
Diplomat oktyabrın 31-də Rusiyada olacaq.
Moskvadakı ikinci “Taliban” diplomatı birinci katib Abdulla Yaser olacaq.
2022-ci il aprelin 6-da Rusiya Xarici İşlər Nazirliyi 2021-ci ilin avqustunda “Taliban”ın hakimiyyətə gəlişindən sonra Rusiyada işləmək üçün təyin olunmuş ilk diplomat olan Caval Nasir Qarval üçün rəsmi akkreditasiya verib. Rəsmi Moskva “Taliban” hökumətini rəsmən tanımasa da, Əfqanıstana benzin, dizel yanacağı, qaz və buğda tədarükünü nəzərdə tutan müvəqqəti saziş imzalayıb.