Gürcüstanın paytaxtı Tbilisi şəhərinin meri Kaxa Kaladze siyasətdən gedəcəyi barədə yayılan məlumatlara münasibət bildirib.
“Report”un yerli bürosu xəbər verir ki, o, jurnalistlərə açıqlamasında informasiyaların həqiqətə uyğun olmadığını deyib.
O, siyasətdən getməyə hələ hazırlaşmadığını bildirib.
Sağlamlıq durumunda problemlərin olduğunu qeyd edən mer müalicəsini davam etdirdiyini söyləyib.
K.Kaladze bu ilin payızında keçiriləcək yerli seçkilərdə iştirak edib-etməyəcəyi ilə bağlı sualı da cavablandırıb: “Hər şey ictimaiyyətə daha sonra məlum olacaq”.
Qeyd edək ki, son vaxtlar Gürcüstan mətbuatı Tbilisi merinin səhhətində yarandığı problemlər səbəbindən siyasəti tərk edəcəyi və şəhər meri vəzifəsinə namizədliyini növbəti dəfə irəli sürməyəcəyi barədə məlumatlar yayırlar.