Tbilisidə Vahid Milli Hərəkat Partiyasının (VMHP) mərkəzi qərargahı yaxınlığında 21 nəfər saxlanılıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.
Saxlanılanlar arasında VMHP-nin liderlərindən biri Giorgi Baramidze də var.
Həmin şəxslər polisə müqavimət göstərməkdə ittiham olunurlar.