Tbilisidə təntənəli Novruz şənliyi keçirilib - YENİLƏNİB

Tbilisidə təntənəli Novruz şənliyi keçirilib - YENİLƏNİB Şənlikdə bir sıra dövlət qurumlarının təmsilçiləri iştirak edirlər
Region
17 Mart , 2021 16:26
Tbilisidə təntənəli Novruz şənliyi keçirilib - YENİLƏNİB

Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Novruz bayramına həsr olunan şənlik yekunlaşıb.

“Report”un yerli bürosu xəbər verir ki, tədbirdə Novruz bayramı haqqında gürcü dilində təqdimat nümayiş etdirilib.

Bayram tədbiri rəsmi çıxışlardan sonra mədəni proqramla davam etdirilib. “Ceyran” və “Sarvan” ansamblları “Qarabağ” və “Ağçiçəyim” rəqsləri ilə çıxış ediblər, gənc müsiqiçi Ramin Pirməmmədov tarda Azərbaycanın milli musiqilərini, aşıq Nargilə Mehtiyevanın rəhbərlik etdiyi “Meydan” qrupu aşıq mahnılarını ifa edib.

Mərasim qonaqları Novruz şirniyyatları ilə yanaşı, Azərbaycanın milli mətbəx nümunələrinin də dadına baxıblar.

15.07

Gürcüstanın paytaxtı Tbilisidəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Novruz bayramına həsr olunan təntənəli tədbir keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, mərasim Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi və muzeyin təşkilatçılığı ilə baş tutub.

Şənlikdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Türkiyə səfiri Fatma Ceren Yazqan, "Socar Energy Georgia" şirkətinin baş direktoru Mahir Məmmədov, Qazaxıstan və Türkmənistan səfirliklərinin, Tbilisi sakrebulosu, meriya nümayəndələri, Gürcüstan parlamentinin üzvləri, bir sıra dövlət qurumlarının təmsilçiləri iştirak edirlər.

Azərbaycana xas olan milli üslübda bəzədilmiş zalda Novruz xonçaları, xalçalar, məişət əşyaları sərgilənir, qonaqlar milli şirniyyat və mətbəx nümunələrinə qonaq edilirlər.

Bayram tədbiri çərçivəsində qonaqların təbrik çıxışları olacaq, “Ceyran” və “Sarvan” ansambıllarının təqdimatında Azərbaycanın milli rəqsləri nümayiş etdiriləcək, musiqi və aşıq mahnıları ifa olunacaq.

Son xəbərlər

Orphus sistemi