Tbilisidə Tsitsişvili uşaq xəstəxanasında koronavirusa yoluxan üçhəftəlik körpə ölüb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, onda virusun "Alfa" ştammı aşkarlanıb.
Körpə iki həftədən çox klinikada müalicə olunub. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Tsitsişvili klinikasında COVID-19 diaqnozu qoyulan daha iki körpə müalicə olunur. İkiaylıq körpələr reanimasiya şöbəsinə yerləşdirilib