Tehran rəsmisi: "İran AEBA-nın kameralarını açmayacaq"

Tehran rəsmisi: "İran AEBA-nın kameralarını açmayacaq" “İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müşahidə kameralarını açmayacaq”.
Region
25 İyul , 2022 13:08
Tehran rəsmisi: İran AEBA-nın kameralarını açmayacaq
Məhəmməd İslami

“İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müşahidə kameralarını açmayacaq”.

“Report” “Tasnim”ə istinadən xəbər verir ki, bunu İran Atom Enerji Təşkilatının rəhbəri Məhəmməd İslami iyulun 25-də bildirib.

“Bu kameralar nüvə razılaşması ilə bağlı söndürülüb. Qərb təmsilçiləri razılaşma paktına qayıdarsa, biz əminik ki, onlar buna ziyan vuracaq, bundan sonra kameralarla bağlı qərar qəbul edəcəyik”, - Məhəmməd İslami bildirib.

Qeyd edək ki, 2015-ci ilin iyulunda İranla “altılıq” arasında Əhatəli Razılaşma Müqaviləsi imzalanmışdı. ABŞ İranın nüvə proqramından şübhələndiyi üçün bu müqavilə reallaşmır.

Xatırladaq ki, İran 2022-ci ilin iyununda Atom Enerjisi üzrə Beynəlxlaq Agentliyinin İranın nüvə obyektlərində quraşdırdığı 27 müşahidə kamerasını söndürüb.

Son xəbərlər

Orphus sistemi