Tokayev Trampa edilən sui-qəsd cəhdini pisləyib

Tokayev Trampa edilən sui-qəsd cəhdini pisləyib Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ABŞ prezidentliyinə namizəd Donald Trampın sui-qəsd cəhdi nəticəsində yaralanması ilə bağlı sabiq prezidenti şəfa diləyib və hücumu pisləyib.
Region
14 İyul , 2024 07:43
Tokayev Trampa edilən sui-qəsd cəhdini pisləyib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ABŞ prezidentliyinə namizəd Donald Trampın sui-qəsd cəhdi nəticəsində yaralanması ilə bağlı sabiq prezidenti şəfa diləyib və hücumu pisləyib.

“Report” xəbər verir ki, bu barədə Tokayevin ofisi (Aqorda) bəyanat yayıb.

“Dövlət başçısı Kasım-Jomart Tokayev ABŞ-nin keçmiş prezidenti Donald Trampa edilmiş sui-qəsdi cəhdini qətiyyətlə pisləyib və ona tezliklə şəfa tapmasını diləyib”, – teleqramdakı paylaşımda qeyd olunub.

Xatırladaq ki, ABŞ prezidentliyinə namizəd Donald Trampın mitinqi zamanı atəş açılıb.

Son xəbərlər

Orphus sistemi