Tunisdə iki qatar toqquşub, azı 30 nəfər xəsarət alıb

Tunisdə iki qatar toqquşub, azı 30 nəfər xəsarət alıb Tunisin paytaxtı yaxınlığında iki qatarın toqquşması nəticəsində azı 30 nəfər yaralanıb
Region
8 Oktyabr , 2021 01:31
Tunisdə iki qatar toqquşub, azı 30 nəfər xəsarət alıb

Tunisin paytaxtı yaxınlığında iki qatarın toqquşması nəticəsində azı 30 nəfər yaralanıb.

Bu barədə “Mosaique FM” radiostansiyası Milli Dəmiryolu Şirkətinin açıqlamasına istinadən xəbər verib.

Qeyd olunub ki, qatarlardan biri Meqren stansiyasında dayanan sərnişin qatarına çırpılıb. İlkin məlumatlara görə, 33 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanalara yerləşdirilib.

Artıq xüsusi komissiya qəzanın baş vermə səbəblərini aydınlaşdırmaq, həmçinin hadisədən məsul şəxsləri müəyyən etmək üçün araşdırmalara başlayıb.

Son xəbərlər

Orphus sistemi