“Taliban”ın hərəkatının Əfqanıstanı ələ keçirməsindən sonra oradakı Türkiyə vətəndaşlarının ölkəyə gətirilməsi davam edir.
Bu barədə “Report” “TRTHaber”ə istinadən xəbər verir.
Məlumata görə, daha 357 nəfər Türkiyə Hava Qüvvələrinin təyyarəsi ilə əvvəlcə Pakistanın paytaxtı İslamabada, sonra isə “Türk Hava Yolları”nın təyyarəsi ilə İstanbula gətirilib. Onlardan 16-sı uşaqdır.
Qeyd edilir ki, Türkiyənin Əfqanistandan təxliyə əməliyyatı davam edir.