Danimarkanın Ankaradakı səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə XİN-dən bildirilib.
Qeyd edilib ki, buna səbəb Danimarkada Qurani-Kərimə qarşı təhqir xarakterli hərəkətlərə yol verilməsidir.
Türkiyə XİN-də danimarkalı diplomata bunun qəbuledilməz olduğu bildirilib.
Xatırladaq ki, daha əvvəl İsveç və Niderlandda Qurani-Kərim yandırılıb.