Türkiyə DİN başçısı: "7 terrorçu zərərsizləşdirilib"

Türkiyə DİN başçısı: "7 terrorçu zərərsizləşdirilib" Antiterror əməliyyatları davam edir
Region
17 May , 2021 11:16
Türkiyə DİN başçısı: 7 terrorçu zərərsizləşdirilib

Türkiyə jandarm qüvvələri mayın 16-da “Eren-2” və “Eren-13” antiterror əməliyyatları nəticəsində terrorçu PKK qruplaşmasının 7 silahlısını zərərsizləşdirib.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu tvitter səhifəsində bildirib.

Onun yazdığına görə, Şırnakda Cudi dağının Tuşimiya bölgəsində keçirilən “Eren-13” antiterror əməliyyatı çərçivəsində 5, Diyarbakır əyalətinin Kulp rayonunun Yaylak ərazisində keçirilən “Eren-2” əməliyyatı nəticəsində isə 2 terrorçu zərərsizləşdirilib. Antiterror əməliyyatları davam edir.

Son xəbərlər

Orphus sistemi