Türkiyə ərazisi Suriyadan raket atəşinə tutulub

Türkiyə ərazisi Suriyadan raket atəşinə tutulub Suriyadan atılan raketlər Türkiyənin Kilis rayonuna düşüb
Region
19 Mart , 2021 00:33
Türkiyə ərazisi Suriyadan raket atəşinə tutulub

Suriyadan atılan raketlər Türkiyənin Kilis vilayətinə düşüb.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, YPG/PKK terror təşkilatının işğalı altında olan Tel-Rıfat bölgəsindən iki raket Eski Beşevler məhəlləsində boş əraziyə düşüb. Hadisə zamanı insan tələfatı qeydə alınmayıb, xəsarət alan olmayıb. Raketlər boş əraziyə düşdüyündən hər hansı ziyan vurmayıb.

Raketlərin zərərsizləşdirilməsi üçün bölgəyə mütəxəssislər və polis əməkdaşları cəlb edilib. Şəhər rəhbərliyi və Milli Müdafiə Nazirliyinin əməkdaşları hadisə yerində araşdırmalara başlayıblar.

Son xəbərlər

Orphus sistemi