Ali Kaan Orbay Türkiyənin Gürcüstana yeni səfiri təyin olunub.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.
A.K.Orbay təyinatdan öncə Türkiyənin Avstriyadakı səfirliyində I katib vəzifəsində çalışıb. O, yeni vəzifədə Fatma Ceren Yazqanı əvəzləyib.
Qeyd edək ki, F.C.Yazqan 2017-ci ildən Türkiyənin Gürcüstandakı səfiri olub.