Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalındakı Zap və Avaşin-Basyan rayonlarında PKK terror təşkilatının mövqelərinə zərbələr endiriblər.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, əməliyyat nəticəsində 3 terrorçu zərərsizləşdirilib.
Bununla yanaşı, Türkiyə ordusunun İraqın şimalında keçirdiyi “Pençe-Şimşek” əməliyyatı zamanı daha 2 terrorçu zərərsizləşdirilib. Qeyd edilir ki, terrorçular Türkiyə Hərbi Qüvvələrinin mövqelərinə atəş açıblar. Onlar cavab atəşi ilə zərərsizləşdiriliblər.
Qeyd edək ki, PKK terrorçuları 1984-cü ildən Türkiyədə terror aktları həyata keçirirlər.