Türkiyə kəşfiyyatı PKK-nın daha bir fəalını zərərsizləşdirib

Türkiyə kəşfiyyatı PKK-nın daha bir fəalını zərərsizləşdirib Türkiyənin Milli İstikbarat Təşkilatı (MİT) İraqın Süleymaniyyə şəhərində keçirdiyi əməliyyat nəticəsində adı "qara siyahı"da olan terrorçu PKK-nın tanınmış silahlılarından Ulaş Doğanı zərərsizləşdirib
Region
22 İyun , 2021 13:37
Türkiyə kəşfiyyatı PKK-nın daha bir fəalını zərərsizləşdirib

Türkiyənin Milli İstikbarat Təşkilatı (MİT) İraqın Süleymaniyyə şəhərində keçirdiyi əməliyyat nəticəsində adı "qara siyahı"da olan terrorçu PKK-nın tanınmış silahlılarından Ulaş Doğanı zərərsizləşdirib.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, Ulaş Doğanın adı qırmızı bülletenlə axtarılanların siyahısında olub.

Məlumata görə, o, İraqın şimalında türklərə qarşı sensasiyalı hücum etməyi planlaşdırırmış. Doğan son vaxtlar İraqın şimalındakı şəhərlərdə mülki əhalini Türkiyəyə qarşı fəaliyyət göstərməyə cəlb edirmiş. O, terror hücumları etmək məqsədilə İraqın şimalındakı Türkiyə vətəndaşları barədə məlumat toplayırmış.

MİT bu terorçunu Süleymaniyyə əyalətinin Qaladizə rayonunda iyunun 13-də keçirdiyi əməliyyat nəticəsində zərərsizləşdirib.

Son xəbərlər

Orphus sistemi