Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) İraqın şimalında keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK/KCK-HPJ qruplaşmasının rəhbərlərindən sayılan Zeynep Eyver adlı terrorçu zərərsizləşdirilib.
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, məlumatı MİT yayıb.
Bildirilib ki, İraqın şimalında, Süleymaniyyə bölgəsində reallaşan əməliyyat nəticəsində “Aryen Are” kod adlı Zeynep Eyverlə yanaşı, qruplaşmanın 3 başçısı məhv edilib.
Məlumata görə, Türkiyə Silahlı Qüvvələri Suriyanın Ayn-əl-Arab, Kamışlı və Amude rayonlarında PKK-nın mövqelərini müəyyən edərək 50-yə yaxın hədəfi dağıdıblar.
Qeyd edək ki, dekabrın 22-23-də İraqın və Suriyanın şimalında keçirilən antiterror əməliyyatları nəticəsində 12 türk hərbçi şəhid olub.