Türkiyə Silahlı Qüvvələrinin bölmələri Suriyada terrorçuları məhv edib.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilir ki, “Barış pınarı” əməliyyat zonasında PKK/YPG terror qruplaşmasının 6 terrorçusu məhv edilib. Məlumata görə, terrorçular əməliyyat zonasına hücuma hazırlaşırmış.
Kahraman Komandolarımızdan teröre geçit yok!
Barış Pınarı bölgesindeki huzur ve güven ortamını bozmak üzere saldırı girişiminde bulunan 6 PKK/YPG’li terörist ateş destek vasıtaları ile etkisiz hâle getirildi. #MSB#TSKpic.twitter.com/NreITkpHBa
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) May 23, 2021