Türkiyə ordusunun xüsusi təyinatlı qüvvələri PKK terrorçularını zərərsizləşdirib.
“Report”un məlumatına görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi xəbər verib.
Məlumata görə, PKK/YPG terrorçularının Suriyanın şimalında “Barış pınarı” əməliyyat bölgəsinə hücuma hazırlaşdığı müəyyənləşdirilib. Ordunun həyata keçirdiyi tədbirlər nəticəsində 7 terrorçu məhv edilib.
Nazirlik terrorçulara qarşı qətiyyətli əməliyyatın davam etdiyini bildirib.