Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yerləşən Gara bölgəsində PKK terrorçularının hədəflərinin məhv edilməsi üçün antiterror əməliyyatı keçirir.
“Report” xəbər verir ki, məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.
“Pence Kartal-2 Harekatı” adlı əməliyyat fevralın 10-da başlayıb.
Məlumata görə, İraqın şimalında terrorçuların yeni sığınacaq yerləri yaratdıqları təsbit olunub. PKK terrorçuları İraqın şimalından Türkiyənin dinc əhalisinin təhlükəsizliyini təhdid edir. Əməliyyatın məqsədi onların təhdidlərinin qarşısını almaqdır.
Əməliyyat davam edir.