Türkiyə ordusunun əsgəri İraqda həlak olub

Türkiyə ordusunun əsgəri İraqda həlak olub Türkiyə ordusunun əsgəri İraqın şimalında keçirdiyi "Pençe Yıldırım” antiterror əməliyyatı zamanı həlak olub.
Region
7 İyun , 2021 00:09
Türkiyə ordusunun əsgəri İraqda həlak olub

Türkiyə ordusunun əsgəri İraqın şimalında keçirilən "Pençe Yıldırım” antiterror əməliyyatı zamanı həlak olub.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, hərbi qulluqçu Samet Şeker əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində ağır yaralanıb. O, xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, əsgərin həyatını xilas etmək mümkün olmayıb.

Milli Müdafiə Nazirliyi əsgərin ölümü ilə bağlı başsağlığı verib.

Son xəbərlər

Orphus sistemi