“İstanbulda törədilən terror aktı və ya Türkiyə Silahlı Qüvvələrinin fəaliyyəti ilə bağlı yayılan dezinformasiyaları unutmaq olmaz”.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun deyib.
O bildirib ki, qlobal silaha çevrilən dezinformasiyalarla mübarizə vacib şərtdir: “Terrorçular döyüş meydanında ordumuzla bacarmadıqlarına görə sosial mediada manipulyasiyaya cəhd edirlər”.