Türkiyə parlamentinin sədri Gürcüstana rəsmi səfər edəcək

Türkiyə parlamentinin sədri Gürcüstana rəsmi səfər edəcək Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop sabah Gürcüstana rəsmi səfər edəcək.
Region
20 Fevral , 2022 10:27
Türkiyə parlamentinin sədri Gürcüstana rəsmi səfər edəcək

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop sabah Gürcüstana rəsmi səfər edəcək.

“Report”un yerli bürosu xəbər verir ki, spiker səfər zamanı gürcü həmkarı Şalva Papuaşvili ilə görüşəcək.

M.Şentopun Gürcüstan Prezidenti Salome Zurabişvili və Baş nazir İrakli Qaribaşvili ilə də görüşləri planlaşdırılıb.

Görüşlərdə əsas diqqət iki ölkə arasında müxtəlif sahələrdə münasibətlərin dərinləşdirilməsi, həm regionda, həm də qlobal miqyasda əsas çağırışlara yönəldiləcək.

Son xəbərlər

Orphus sistemi