Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Rusiyaya səfər edəcək.
“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.
Onun sözlərinə görə, bu il xarici həmkarları ilə təkbətək görüşləri davam etdirəcək: “Bu baxımdan İran, Vyetnam, Serbiya və Türkiyə də daxil olmaqla bir sıra dövlətlərin parlament sədrlərini Rusiyaya dəvət etməyi planlaşdırdıq”.
V.Voldin deyib ki, dekabrın sonunadək İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf Moskvaya səfər edəcək.
Rusiya KİV-in yazdığına görə, Rusiya, İran, Əfqanıstan, Türkiyə və Çin parlamentləri sədrlərinin iştirakı ilə 2021-ci ilin mayında Soçidə “Terrorçuluğa qarşı mübarizə” mövzusunda toplantı keçirilməsi nəzərdə tutulub.