Türkiyə Prezidenti Macarıstanın Baş nazirinə TOGG avtomobili hədiyyə edib

Türkiyə Prezidenti Macarıstanın Baş nazirinə TOGG avtomobili hədiyyə edib Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası ərəfəsində Macarıstanın Baş naziri Viktor Orban ilə görüşüb.
Region
18 Dekabr , 2023 19:22
Türkiyə Prezidenti Macarıstanın Baş nazirinə TOGG avtomobili hədiyyə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası ərəfəsində Macarıstanın Baş naziri Viktor Orban ilə görüşüb.

“Report” bu barədə Türkiyə liderinin rəsmi saytına istinadən xəbər verir.

Ərdoğan iki ölkə arasında əlaqələrin 100-cü ildönümü münasibətilə Orbana “HU TR-100” dövlət nömrə nişanlı TOGG elektrik avtomobili hədiyyə edib. Orban da öz növbəsində Türkiyə liderinə macar atı hədiyyə edib.

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan Viktor Orbanın dəvəti ilə Macarıstana rəsmi səfərə gəlib.

Bu gün səhər saatlarında Ərdoğan Macarıstan Prezidenti Katalin Novak ilə də görüşüb.

Son xəbərlər

Orphus sistemi