"TANAP, TAP və "Türk axını" kimi iqtisadi əhəmiyyətli regional enerji layihələrini tamamladıq".
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısında bildirib.
“Enerji sahəsində cəmi gücümüzü 31 846 meqavatdan, 96 271 meqavata yüksəltdik. TANAP, TAP, "Türk axını"kimi əhəmiyyətli regional enerji layihələrini tamamladıq. Akkuyu Atom Elektrik Stansiyasının tikintisi davam edir. İnşallah, ilk reaktoru 2023-cü ildə fəaliyyətə başlayacaq”, - o deyib.