Türkiyə Prezidenti: "Vladimir Putin indi müzakirələrə daha açıqdır”

Türkiyə Prezidenti: "Vladimir Putin indi müzakirələrə daha açıqdır” “Rusiya Prezidenti Vladimir Putin indi əvvəlkinə nisbətən müzakirələrə daha açıqdır”.
Region
21 Oktyabr , 2022 13:33
Türkiyə Prezidenti: Vladimir Putin indi müzakirələrə daha açıqdır”

“Rusiya Prezidenti Vladimir Putin indi əvvəlkinə nisbətən müzakirələrə daha açıqdır”.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

O, qarşıdakı günlərdə həm rusiyalı, həm də ukraynalı həmkarları ilə telefonla danışacağını bildirib: “Ümidsiz deyilik. Arzumuz hər iki lideri bir araya gətirərək sülh danışıqlarını davam etdirməkdir. Çünki hər iki tərəfin ciddi itkiləri var. İnanıram ki, sülhün məğlubu olmayacaq”.

Son xəbərlər

Orphus sistemi