Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Yunanıstanın Baş naziri Kiryakos Miçotakisin NATO sammiti çərçivəsində görüşü gözlənilir.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Yunanıstanın xarici işlər naziri Nikos Dendiasla mayın 31-də Afinada keçirdiyi ortaq mətbuat konfransında məlumat verib.
“Türkiyə Yunanıstanla ön şərtsiz ikitərəfli əlaqələrimizi bütün sahələrdə inkişaf etdirmək üçün danışıqlara, görüşlərə hazırdır”, - o deyib.
M.Çavuşoğlu Afinada Yunanıstanın Baş naziri Kiryakos Miçotakis ile də görüşüb.
Onun sözlərinə görə, Yunanıstan tərəfi ilə birgə fəaliyyət və əməkdaşlığa dair 25 maddəlik konkret layihələr üzərində işləməklə bağlı razılığa gəliblər.
Nikos Dendias vurğulayıb ki, tərəflər COVID-19-a qarşı vaksinin sertifikatında artıq razılıq əldə ediblər.