"İrəvanda “Nemezis abidəsi”nin açılmasını şiddətlə qınayırıq”.
“Report” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı tviterdə yazıb.
“Tarixi həqiqətləri axtaranlar arxivlərə baxmalıdırlar”, - o bildirib.
Qeyd edək ki, aprelin 25-də Ermənistanın paytaxtı İrəvan şəhərində "Nemezis" terror əməliyyatına həsr olunan abidənin açılışı olub.