Türkiyə gələn il "Türksat 6A" rabitə peykini kosmosa göndərəcək.
"Report"un məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada "Türksat 5A" peykinin istismarına başlanması münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.
Xatırladaq ki, ABŞ-ın "SpaceX" şirkətinə məxsus "Falcon 9" raket daşıyıcısı Türkiyənin "Türksat 5A" peykini yanvar ayında kosmosa göndərmişdi.