Türkiyə və ABŞ maliyyə sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edib

Türkiyə və ABŞ maliyyə sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edib Türkiyənin xəzinə və maliyyə naziri Nurəddin Nebati ilə ABŞ-ın maliyyə naziri Canet Yellen İndoneziyanın Bali adasında danışıqlar aparıb. Görüş G20 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşü çərçivəsində baş tutub.
Region
16 İyul , 2022 13:00
Türkiyə və ABŞ maliyyə sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edib

Türkiyənin xəzinə və maliyyə naziri Nurəddin Nebati ilə ABŞ-ın maliyyə naziri Canet Yellen İndoneziyanın Bali adasında danışıqlar aparıb. Görüş G20 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşü çərçivəsində baş tutub.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, nazirlər Ankara ilə Vaşinqton arasında maliyyə əməkdaşlığının perspektivlərini müzakirə ediblər.

“İkitərəfli ticarət əlaqələrinin potensialının reallaşdırılması və qarşılıqlı investisiyaların daha da artırılması üçün məqsədyönlü işin davam etdirilməsinin zəruriliyi vurğulanıb”, - N.Nebati görüşün yekunlarına dair tvitter hesabında bildirib.

Onun sözlərinə görə, nazirlər qlobal iqtisadiyyatın üzləşdiyi problemlər barədə də fikir mübadiləsi aparıblar.

Tərəflər terrorizmə və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsinin zəruriliyini vurğulayıblar.

Son xəbərlər

Orphus sistemi