Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə fransalı həmkarı Jan İv Lö Drian arasında telefon danışığı olub.
“Report” xəbər verir ki, məlumatı Türkiyə XİN yayıb.
Nazirlər iki ölkə arasındakı əlaqələrin hazırkı vəziyyətini, eləcə də Əfqanıstan başda olmaqla, regional prosesləri müzakirə ediblər.