Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Latviya baş nazirinin müavini, müdafiə naziri Artis Pabriks arasında telefon danışığı olub.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Telefon danışığında ikitərəfli və regional müdafiə, təhlükəsizlik, müdafiə sənayesi və NATO ilə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.