Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Türkmənistanın dövlət başçısı Sərdar Berdiməhəmmədov arasında görüş olub.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Görüş Türkmənistanının Türkmənbaşı şəhərində keçirilib.
R.T.Ərdoğan, həmçinin Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla görüşüb.
Xatırladaq ki, bu gün Türkmənbaşıda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkmənistan dövlət başçısı Sərdar Berdiməhəmmədovun iştirakı ilə Birinci Üçtərəfli Zirvə Görüş keçiriləcək.
Görüşdən sonra sənədlərin imzalanması gözlənilir.