Türkiyənin Aydın şəhərinin Didim rayonunda Yunanıstan tərəfindən geri qaytarılan 84 nəfər miqrant ərazi sularında boğulma təhlükəsi ilə üzləşib.
"Report" xəbər verir ki, Türkiyənin Sahil Mühafizə Xidmətinə daxil olan məlumat əsasında dərhal əraziyə yönləndirilən sahil təhlükəsizlik xidmətinin əməkdaşları və xilasedicilər qaçqınları sahilə çıxarıblar. Miqrantlar bundan sonra şəhərin Miqrasiya İdarəsinə təhvil veriliblər.