Türkiyədə ağır yol qəzası olub, ölənlər və yaralananlar var

Türkiyədə ağır yol qəzası olub, ölənlər və yaralananlar var Türkiyənin Samsun şəhərində Irmaksırtı ərazisində minik avtomobili idarəetməni itirərək onunla eyni istiqamətdə hərəkət edən yük maşınına yandan çırpılaraq yolun qarşı tərəfinə keçib və digər nəqliyyat vasitəsilə toqquşub.
Region
3 Dekabr , 2023 00:40
Türkiyədə ağır yol qəzası olub, ölənlər və yaralananlar var

Türkiyənin Samsun şəhərində Irmaksırtı ərazisində minik avtomobili idarəetməni itirərək onunla eyni istiqamətdə hərəkət edən yük maşınına yandan çırpılaraq yolun qarşı tərəfinə keçib və digər nəqliyyat vasitəsilə toqquşub.

“Report” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Telekanal bildirib ki, qarşı tərəfdə hərəkət edən avtomobilin sürücüsü Ədalət və İnkişaf Partiyasının (AK Parti) Artvin regional gənclər təşkilatının sədri Doğukan İslamoğlu olub. Məlumata görə, hadisədə ümumilikdə iki nəfər ölüb, daha iki nəfər isə yaralanıb.

Qeyd olunub ki, qəzanın ilkin səbəbkarı olmuş minik avtomobilinin sürücüsü, həmçinin sözügedən partiya nümayəndəsi xəstəxanaya qaldırılsalar da, onları xilas etmək mümkün olmayıb.

Son xəbərlər

Orphus sistemi