Türkiyənin Əskişəhər vilayətində sərnişin avtobusu aşıb.
“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, qəza nəticəsində 1 nəfər ölüb, 30 nəfər yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Qəzanın səbəbi hələ ki məlum deyil.
Məlumata görə, avtobusda ümumilikdə 44 nəfər olub.