Türkiyədə avtobus partladılıb, 1 nəfər ölüb, 4 nəfər yaralanıb

Türkiyədə avtobus partladılıb, 1 nəfər ölüb, 4 nəfər yaralanıb Türkiyənin Bursa şəhərində həbsxanaya məxsus avtomobilə bombalı hücum nəticəsində 1 nəfər şəhid olub, 4 nəfər yaralanıb.
Region
20 Aprel , 2022 10:50
Türkiyədə avtobus partladılıb, 1 nəfər ölüb, 4 nəfər yaralanıb

Türkiyənin Bursa şəhərində həbsxanaya məxsus avtobusa bombalı hücum nəticəsində 1 nəfər şəhid olub, 4 nəfər yaralanıb.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, avtobusda həbsxananın mühafizəçiləri olub.

Bildirilib ki, mühafizə xidmətinin əməkdaşlarını daşıyan avtobus Bursa-Mudanya yolunun Karaman məhəlləsi hissəsində partladılıb.

Hadisə yerinə təhlükəsizlik qüvvələrinin əməkdaşları cəlb edilib.

Bursa valisi Yakup Canbolat hücumun terror hadisəsi olub-olmaması məsələsinin araşdırdıqlarını bildirib.

Son xəbərlər

Orphus sistemi